Türkiyədən YENİ QƏRAR: Bu meşələr PUA-lar vasitəsilə İZLƏNƏCƏK

19 Aprel 2021 03:13 (UTC+04:00)

Türkiyə ərazisində yanğına həssas olan meşəliklər pilotsuz uçuş aparatları (PUA) vasitəsilə izləniləcək.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli məlumat verib.

Nazirin sözlərinə görə, bu məqsədlə fəaliyyətə 4 PUA cəlb olunacaq. Türkiyə ilə bərabər Şimali Kipr meşələri də nəzarətdə saxlanılacaq. Ötən il PUA-ların fəaliyyəti sayəsində 234 meşə yanğını təsbit edilib.