Bakıda 18 yaşlı gənc bıçaqlandı

19 Aprel 2021 04:30 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Naməlum şəraitdə bıçaqlanan 2003-cü il təvəllüdlü Kərimov Miraləm Mahir oğlu xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun qarın boşluğunda və döş qəfəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.