Sabah ilk dəfə Mars üzərinə dron endiriləcək

19 Aprel 2021 07:17 (UTC+04:00)

“Perseverance” roveri ilə Marsa çatdırılan “Ingenuity” helikopter-dronunun ilk uçuşu sabah olacaq.

Publika.az xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib.

Sinaq uçuşu Bakı vaxtilə saat 11.30 başlayacaq. 1.8 kq çəkisi olan cihazın uçuşu 3-5 metr yüksəklikdə həyata keçiriləcək.

Qeyd edək ki, alimlər helikopter vasitəsilə Mars səthinin mürəkkəb relyefli hissələrini öyrənməyə çalışırlar.