Atatürk prospektində ağır qəza - ÖLƏN VAR

19 Aprel 2021 13:27 (UTC+04:00)

Aprelin 17-də saat 18 radələrində Binəqədi rayonunun Atatürk prospektində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Hüseynov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.