Çingiz Abdullayev: “Gülüş ən qorxunc silahdır” - VİDEO

20 Aprel 2021 16:52 (UTC+04:00)

Xalq yazıçısı Çingiz Abdullayev yenidən efirə qayıdan “Mozalan” verilişinin videosunu paylaşıb.

Publika.az xəbər verir ki, yazıçı statusun yorum hissəsində verilişlə bağlı fikirlərini yazıb.

“Unudulmuş “Mozalan”nın yenidən efirə qayıtması və canlanacağı yaxşıdır. Gülüş ən qorxunc silahdır. Sağaltması çətindir, amma səni düşündürə bilər”, - deyə Çingiz Abdullayev yorumda yazıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunub. Qərarda “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlayıb. Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. İlk buraxılışı 14 aprel 2021-ci ildə Azərbaycan Televiziyasında yayınlaıb. Proqram hər şənbə saat 21:30-da efirə gedir.