İllərin xəyalı GERÇƏK OLUR: İtən əşyalara "zəng" edə biləcəyik - FOTO

20 Aprel 2021 22:12 (UTC+04:00)

Əşyalarını tez-tez itirən insanlara dediyimiz "zəng elə, tapılsın" zarafatı gerçək olur.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, "Apple" şirkəti özünün ilk ağıllı "AirTags" nişanını təqdim edib. Onun vasitəsilə müxtəlif əşyaları - qulaqcıqdan tutmuş avtomobilədək tapmaq mümkündür.

"AirTags" "Lokator" əlavəsi ilə işləyir, bu isə "Apple" qacetlərinə quraşdırılır. Nişan itmiş əşyaların yerini xəritədə qeyd edir.

Şirkətdən söz veriblər ki, qurğu məxfilik prinsiplərinə uyğun düzəldilib və onun vasitəsilə insanları izləmək mümkün deyil.

"AirTags"ə 29 dollar qiymət qoyulub. ABŞ-da aprelin 23-dən satılmağa başlanacaq. Sonra isə digər ölkələrdə satışı gerçəkləşdiriləcək.

Apple наконец-то представила метки AirTags. Они кастомизируются, а ещё в них установлены процессоры U1.

Предзаказы откроются в пятницу, а старт продаж — 30 апреля. pic.twitter.com/akzBMT6Exh

— Завтракаст (@zavtracast) April 20, 2021