Minik avtomobili yük maşınına çırpıldı, xəsarət alanlar var

21 Aprel 2021 00:31 (UTC+04:00)

Daşkəsən rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Publika.az xəbər verir ki, hadisə Xoşbulaq kəndində qeydə alınıb.

“VAZ-21015” markalı avtomobilin “Ford Transit” yük maşınına çırpılması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb. Yaralılardan birinin vəziyyəti daha ağırdır

Faktla bağlı araşdırma aparılır.