İnstaqramda yenilik: Xoşagəlməz ifadə olsa...

22 Aprel 2021 06:46 (UTC+04:00)

“Instagram”da yeni funksiyanın işə salınacağı barədə məlumat yayılıb.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, yenilik sayəsində istifadəçilər təhqiredici ifadələrin yer aldığı şəxsi mesajları gizlədə biləcəklər.

Sosial şəbəkədən verilən məlumata əsasən, yeni alqoritm şəxsi mesajları yoxlayacaq. Əgər mesajda xoşagəlməz ifadə, hətta neqativ emosiya olduqda belə o, gizlədiləcək. Filtrasiya şərhlərdə olduğu kimi çalışacaq.