Türkiyə güləşçisi qızıl medal qazandı

22 Aprel 2021 08:12 (UTC+04:00)

Güləş üzrə Avropa Çempionatında 57 kq çəki dərəcəsində mübarizə aparan Türkiyə güləşçisi Süleyman Atlı rusiyalı rəqibi Naçın Monguşu məğlub edərək qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, Süleyman Atlı dörddəbir finalda Ukraynalı Kamil Kerymovu (11-0), yarımfinalda türk əsilli Bolqar Naim Salim Mikyayı (3-1) məğlub edib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, Gənclər və İdman naziri Mehmet Muharrəm Kasapoğlu çempionatda uğur qazanan atletləri təbrik ediblər.