Zelenski Qərbə güvənməklə dəhşətli səhv edir - Yaşar Yakış

22 Aprel 2021 09:18 (UTC+04:00)

Ukraynada parçalanma hökm sürür və Rusiya ilə qarşıdurma yaratmaq bütün dünyada vətəndaş müharibəsinə və hətta fəlakətə səbəb olacaq.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə Türkiyənin BMT-dəki nümayəndəsi Yaşar Yakış çıxış edib.

Onun fikrincə, müharibə Ukrayna böhranı üçün ən pis ssenaridir.

Yakış Qərb ölkələrinin qarşıdurmanı yenidən alovlandırmağa çalışdığını söyləyib:

"Ukraynaya müharibə deyil, davamlı sülhün bərqərar olması lazımdır. İnanıram ki, Ukrayna Prezidenti Vladimir Zelenski Qərbə güvənərək böyük bir səhv edir. Xalqının gözündə nüfuzunu qaldırmaq istəyir, amma bu, siyasi karyerasının sonu olacaq. Ukraynanın dinc birliyi üçün bütün iştirakçıların səmimi səyləri lazımdır".

Yakış Türkiyə, Avropa və ABŞ-ın bu qarşıdurmada heç kimə dəstək olmayacağına inanır.