Türkiyədə QORXULU ANLAR: Məşhur serialın çəkiliş meydançasına SİLAHLI BAŞQIN edildi - VİDEO

23 Aprel 2021 11:00 (UTC+04:00)

Video əlavə olunub.

xxx

Baş rollarında Ebru Şahin və Akın Akınözünün çəkildiyi "Hercai" serialında növbəti dəfə gərginlik yaşanıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mahmud rolunu ifa edən Emrullah Omay dostları ilə birgə çəkiliş meydanına hücum edib və aktyorlara silah çəkib.

Hadisə baş verməzdən əvvəl Omay aktyorlardan onun dostları ilə şəkil çəkdirmələrini istəyib. Lakin həmin an gərgin çəkiliş prosesi getdiyindən həmkarları onun sözünü yerə salıb. Bundan sonra gərginlik yaşanıb.

Yaranan mübahisə zamanı bir adam döyülüb. Hadisə yerli sakinlərin müdaxiləsi ilə səngiyib.