Azərbaycanda vatsap vasitəsilə ŞOK FIRILDAQ - VİDEO

26 Aprel 2021 11:03 (UTC+04:00)

Son vaxtlar yerli elan saytlarında dələduzluq halları geniş yayılıb.

Bu barədə ARB24-ün “Xəbərlər” proqramında bildirilib.

Məlumata görə, dələduzlar yerli və xarici mobil nömrələr vasitəsi ilə “Vatsap” üzərindən vətəndaşların elan saytlarına yerləşdirdiyi məhsulla alıcı kimi maraqlanırlar.

Daha sonra isə bu şəxslər məhsulu poçt vasitəsilə alacaqlarını bildirərək elan sahibindən Azərpoçtun imitasiya edildiyi linkə daxil olub, kart məlumatlarını əlavə etməyi xahiş edir.

Bundan sonra isə həmin şəxslərin bank kartında olan məbləğ bu dələduzlər tərəfindən mənimsənilir.