Birinci xanım Zəngilandan görüntülər paylaşdı - VİDEO

26 Aprel 2021 23:00 (UTC+04:00)

Birinci Vitse-prezident Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevlə birlikdə Zəngilan rayonuna səfərindən görüntülər paylaşıb.

Publika.az xəbər verir ki, Mehriban Əliyevanın “Instagram” hesabından paylaşdığı videolarda Prezident İlham Əliyev Zəngilan rayonunun gözəl təbiətindən bəhs edir, çayları və meşələri tərənnüm edir.