Məktəblərdə 5 GÜNLÜK TƏTİL elan olundu

28 Aprel 2021 11:45 (UTC+04:00)

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1–5 may tarixləri tətil günləridir.

Publika.az xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin qərarında əks olunub.

Cari tədris ilində də 1–5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.