Dini lider İŞİD-ə qarşı cihada çağırışı etdi

9 Avqust 2014 00:38 (UTC+04:00)

Ayətullah Əli Sistani İŞİD-ə qarşı bütün iraqlıların birləşməsini istəyib.

Axar.az xəbər verir ki, Şiə dünyasının böyük mərceyi-təqlidi Ayətullah Seyid Əli Sistani İŞİD-in yaratdığı böyük təhlükə qarşısında bütün iraqlıların birləşməsini istəyib.

Sünni yaraqlıların ölkənin şimalında bir çox yeri ələ keçirmələri Bağdad hökumətini və müttəfiqi ABŞ-ı narahat edir. Sistaninin sözçüsü şiələrin müqəddəs Kərbəla şəhərində verdiyi cümə xütbəsində Sistaninin iraqlı siyasətçilərin yalnız öz mənfəətlərini güddüklərini və İŞİD yaraqlılarının irəliləməsində günahkar olduqlarını da qeyd edib.