Düşənbədə DƏHŞƏTLİ PARTLAYIŞ: 29 nəfər xəstəxanaya çatdırıldı - VİDEO (YENİLƏNDİ)

2 May 2021 09:12 (UTC+04:00)

Xəbər verdiyimiz kimi ötən gecə Düşənbənin Zarafşon mikrorayonundakı yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

Publika.az Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var. Onların sayı haqqında hələ ki, məlumat verilmir. Xəstəxanaya yanğın diaqnozu ilə 29 nəfər çatdırılıb. Onların 5-i ağır vəziyyətdədir

Partlayışda baş verən alovun hündürlüyü 50 metrə çatıb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerinə gələn 10 yanğınsöndürən maşın bir neçə saat ərzində yanğını söndürə bilib.

Partlayışın səbəbləri araşdırılır.

xxx

21:31 - 01.05.2021

Tacikistanın paytaxtı Düşənbədə yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

Publika.az xəbər verir ki, bildirir ki, hadisənin videogörüntülərini "Zvezda" telekanalı özünün Telegram kanalında paylaşıb.

Asia-Plus portalının məlumatına görə, hadisə Sino rayonundakı yanacaqdoldurma stansiyasında baş verib. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Kadrlarda uzaqda alov göröünür. Panika içində olan insanlar qaçışırlar. Bir anda möhkəm səs gəlir və alov dilləri ətrafa yayılır. Hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunublar.