XİN Hafiz Paşayevi təbrik etdi

2 May 2021 11:15 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi doğum günü ilə əlaqədar ADA Universitetinin rektoru Hafiz Paşayevi təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində məlumat yer alıb.

“Bu gün ADA Universitetinin rektoru, səfir, professor Hafiz Paşayev 80 yaşını qeyd edir!

Azərbaycan elmində, diplomatiyasında, təhsilində əvəzolunmaz yeri olan Hafiz müəllimi ürəkdən təbrik edir və ən xoş arzularımızı ona çatdırırıq!” - məlumatda qeyd olunub.