Rusiya bizə xəbərdarlıq etdi, risk var - General

3 May 2021 09:36 (UTC+04:00)

Ukrayna ordusunun sərt cavab atəşi düşmənin cəbhədə sakitləşməsi üçün ən effektiv vasitədir.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Viktor Mujenko danışıb.

"Ukraynanın hərbi komandanlığı Donbasda Rusiya ilə müharibədə taktikanı dəyişdirməlidir. Eskalasiya sərt cavab tədbirləri tələb edir. Rusiya qoşunlarının sərhəddən kənara aparılmasına baxmayaraq, Rusiyanın işğal riski hələ də yüksəkdir", - o bildirib.

Mujenkonun sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Krıma səfəri zamanı səsləndirdiyi hədələr də bunu göstərir:

"Bu, hazırlıq elementidir. Rusların son aydakı hərbi fəallığı isə böyük müharibəyə hazırlıq deyil, qorxutmaq cəhdidir".