Aslan Hüseynov anasının yanında DƏFN EDİLDİ - FOTO (YENİLƏNDİ)

4 May 2021 19:24 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov bu gün yol qəzasına düşərək dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, müğənni Gəncə şəhərində İmamzadə qəbiristanlığında, anasının məzarının yanında dəfn edilib.

Allah rəhmət eləsin!

xxx

15:40

Aslan Hüseynovun cənazəsi Gəncəyə aparılıb.

Bunu Publika.az-a açıqlamasında müğənni İbrahim Borçalı deyib.

O bildirib ki, Aslan Hüseynov sabah Gəncədə anası dəfn edilən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.O, xəstəxanaya çatdırılsa da, orada keçinib.