İmişlidə evdə yanğın oldu

6 May 2021 00:31 (UTC+04:00)

İmişli rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonun Oruclu kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində tavan 20 m² sahədə, dolab, soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan 1 ədəd qapı və pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.