Arif Quliyev dəfn olundu - YENİLƏNDİ (FOTO/VİDEO)

7 May 2021 13:33 (UTC+04:00)

Xalq artisti Arif Quliyev dəfn olunub.

Publika.az xəbər verir ki, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, dostları və yaxınları iştirak ediblər.

xxx

Azərbaycanın Xalq artisti Arif Quliyevlə vida mərasimi başa çatıb.

Mərhumun nəşi dəfn olunması üçün yaşadığı mənzilin həyətindən götürülüb.

xxx

10:36

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.

Publika.az xəbər verir ki, mərhumun cənazəsi yaşadığı evə gətirilib.

Hazırda evin həyətində A.Quliyevlə vida mərasimi keçirilir.

Xalq artisti Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.

Foto: Pərviz Həşimi