"Bavariya" 31-ci dəfə Almaniya çempionu oldu

9 May 2021 01:41 (UTC+04:00)

Mayın 8-də futbol üzrə Almaniya Bundesliqasında 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, "Bavariya" ardıcıl 9, ümumilikdə isə 31-ci dəfə ölkə çempionluğunu qazanıb.

2-ci pillədə qərarlaşan "Leyptsiq"in XXXII turda Dortmundda "Borussiya"ya 2:3 hesabı ilə uduzması, Münhen təmsilçisinin qızıl medalları vaxtından əvvəl təmin etməsinə imkan verib.

Bir oyun az keçirən "Bavariya" sona 2 tura qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayır. Hans-Diter Flikin baş məşqçi olduğu komanda bu turda Mönhenqladbax "Borussiya"sını qəbul edəcək. Qarşılaşma bu gün keçiriləcək.