Türk ordusu 40 terrorçunu zərərsizləşdirdi

9 May 2021 14:14 (UTC+04:00)

Bu günə qədər PKK yaraqlılarına qarşı "Ərən" anti-terror əməliyyatlarında 40 terrorçu zərərsizləşdirilib.

Publika.az "Anadolu Ajansı"na istinadla xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib. Nazir bildirib ki, məhv edilən terrorçulardan 3-ü "qırmızı" bülletenlə axtarışda olub.

Ümumilikdə, 12 xüsusi kodlarla axtarışda olan terrorçu zərərsizləşdirilib. Onlardan ikisi bölgədə "rəhbər" vəzifələrdə təmsil olunub.

Tural Turan