Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Paşazadə

13 May 2021 11:12 (UTC+04:00)

Ermənilər torpaqlarımızı işğal altında saxladıqları müddətdə 64 məscidimizi məhv ediblər.
Onlar təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

O bildirib ki, ermənilər məscidlərimizdə haram heyvanlar saxlayıblar. Onların islamafobiyası bu dərəcədə olub: "Cənab Prezidentimiz bildirdiyi kimi, işğaldan azad edilmiş ərazilərimizdə bütün məscidlərimiz bərpa olunacaq. Ermənilər müharibəni uduzsalar, da ölkəmizə iftiralar atırlar, yalanlar danışırlar və erməni din xadimləri də bu cür iftiralara qoşulurlar".

A.Paşazadə deyib ki, din xadiminə iftira atmaq yaraşmaz: “Biz Qafqaz Müsəlmanları İdarəsi olaraq erməni din xadimlərinin ifriralarının qarşısını almaq üçün lazımi işlər görürük, beynəlxalq təşkilatlara müraciət edirik. Ermənilər çalışırlar ki, din amilini ortaya ataraq hansısa ölkələrdən yardımlar əldə etsinlər, ancaq biz erməni iftiralarına qarşı mübarizəmizi davam etdirməliyik”.