İsrail quru əməliyyatlarına hazırlaşır - RƏSMİ

13 May 2021 13:20 (UTC+04:00)

İsrail ordusu Qəzza zolağında quru əməliyyatlarına hazırlıq görür, amma keçirilmə ilə bağlı əmr hələ verilməyib.

Publika Axar.az-a istinadla xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Yonatan Konrikus deyib.

“Qəzza” diviziyasının qoşunları müxtəlif hazırlıq vəziyyətindədir, lakin əməliyyatın başlanması ilə bağlı əmr hələ verilməyib. Amma hərbi hazırlıq həqiqətən aparılır”, - Konrikus bildirib.