Aya Sofyada 87 il sonra ilk Ramazan bayramı namazı qılındı - FOTO

13 May 2021 13:47 (UTC+04:00)

Aya Sofya məscidində 87 il sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bayram namazının imamı Dəyanət İşləri başqanı Prof. Dr. Ali Ərbaş ənənəyə uyğun olaraq minbərə qılıncla çıxıb.

Bayram namazı COVID-19 məhdudiyyətləri çərçivəsində sosial məsafə qaydalarına uyğun qılınıb.

Xatırladaq ki, Aya Sofya 1934-cü ildə muzeyə çevrilib. 1934-cü ilə qədər məscid olan Aya Sofya 86 illik muzey funksiyasından sonra 24 iyul 2020-ci ildə yenidən ibadətə açılıb.