Pentaqon İsraildən 120 nəfəri evakuasiya etdi

14 May 2021 08:12 (UTC+04:00)

Amerika rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.

Publika.az xəbər verir ki, bunu “ CNN” televiziyasının əməkdaşı Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün “Tvitter” səhifəsində yazıb.

Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarəsi ilə İsrail ərazisini tərk ediblər. Onlar Almaniyaya aparılıblar.