Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq

14 May 2021 08:39 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 88 ilə 200 m arasındakı diametrli asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq edib.

Bu barədə NASA-nın Yerə Yaxın Kosmik Obyektləri Araşdırma Mərkəzinin saytında deyilib.

Bildirilib, mayın 14-də 2015 KJ19 adlandırılan səma cismi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 06: 04-də planetimizə 5,77 milyon km məsafədə yaxınlaşacaq. Bu da Yerdən Aya olan məsafədən 15 qat çoxdur. Asteroidin uçuş sürəti təxminən 83 min km/s.

Mərkəzin mütəxəssisləri səma cismini planetimiz üçün təhlükəli hesab etmirlər. (trend)