Bakıda qadına qarşı İYRƏNC CİNAYƏT

15 May 2021 07:16 (UTC+04:00)

Bakıda qadına qarşı soyğunçuluq əməli törətmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mayın 9-da F.İsmayılovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əşrəfov saxlanılıb.

Onun barəsində araşdırmalar davam etdirilir.