Eurovision qalibi marketdə işə düzəldi - FOTO

16 May 2021 13:12 (UTC+04:00)

İrlandiyalı müğənni, “Eurovision” mahnı yarışmasının 1993-cü il qalibi Niam Kavana ərinin xəstəliyi səbəbiylə supermarketdə işə düzəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “RSVP Live” məlumat yayıb. İfaçı RTE radiosunun efirində bildirib ki, 2018-ci ildə İrlandiyanın digər “Eurovision” qalibləri ilə Korkdakı bir konsertdə çıxış edərkən əri Paul Meqaxi işemik iflic keçirib. Müğənninin dediyinə görə, bundan sonra əri danışmaq qabiliyyətini itirib.

“Bir müddət sonra nitq qabiliyyəti düzəlsə də, heç vaxt tam özünə gələ bilməyəcək. Koronavirus pandemiyası səbəbindən konsertlər təxirə salındı, qazancımı itirdim və 17 yaşlı oğlum ilə birlikdə bir supermarketdə işə düzəlməyə məcbur oldum” , - Niam qeyd edib.