"Rosneft"in direktoru Putindən belə qorxdu

10 Avqust 2014 08:33 (UTC+04:00)

Avqustun 9-da səhər saatlarında Rusiyanın şimalında gerçəkləşdirilən qazma-kəşfiyyat layihəsinin açılışı zamanı canlı telekörpüdə Rusiya Prezidenti Vladimir Putinlə ölkənin ən varlı adamlarından biri, hazırda isə "Rosneft"in baş direktoru İqor Seçin arasında kuryoz anlar yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya telekanalları xüsusi süjet yayımlayıb. Seçin Putinin Soçidən qoşulduğunu gördükdə özünü itirərək, nəzarətsiz şəkildə paltosunu cixarıb.

Bunu görən Putin gülümsəyərək deyib ki, hava soyuqdur, bu səbəbdən də əynindəki paltonu çıxarmasın. Görüntülər internet istifadəçilərinin marağına səbəb olub.