Daha 5 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi

24 May 2021 22:24 (UTC+04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") mayın 25-dən etibarən Azərbaycanın beş müəssisəsindən pomidor idxalına icazə verib.

Publika.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor"dan bildiriblər.

Bildirilib ki, qərar birgə video müayinələr zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib:

"Beləliklə, hazırda ümumilikdə 131 Azərbaycan müəssisəsi Rusiyaya pomidor tədarük edə bilər".