Rusiyanın üç şəhərindən Bakıya reyslər bərpa olunur

12 İyun 2021 18:12 (UTC+04:00)

Rusiyanın "Azimut" aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Mineralnıe Vodı-Bakı reysləri iyunun 19-dan işə düşəcək. Uçuşlar həftədə bir dəfə, şənbə günləri baş tutacaq.

Rostov şəhərindən Bakıya uçuşlar iyunun 23-dən başlayacaq və çərşənbə günləri həyata keçiriləcək.

Krasnodardan isə reyslər iyunun 26-dan başlayacaq. Bu reyslər həftənin şənbə günləri baş tutacaq. (trend)