Danimarka - Finlandiya oyunu təxirə salındı

12 İyun 2021 21:48 (UTC+04:00)

AVRO-2020-nin I turunun Danimarka - Finlandiya matçı təxirə salınıb.

Publika.az xəbər verir ki, buna Danimarka millisinin üzvü Kristian Eriksenin huşunu itirməsi səbəb olub. O, 43-cü dəqiqədə adi epizodda yerə yıxılıb. Bundan sonra dərhal həkimlər meydana daxil olub. Ardınca matçın baş hakimi ilk hissəni başa vurub.

Daha əvvəl UEFA qarşılaşmanın təxirə salındığını açıqlayıb.