Xocalı qətliamını eşitdikdən sonra Ağdama gəldim - Deqati

13 İyun 2021 16:54 (UTC+04:00)

O vaxt işğal altında olan Ağdam şəhərinə gələndə Xocalı qətliamından qaçan insanların ailə üzvlərini gördüm.

Publika.az xəbər verir ki, bunu məşhur fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrinin Azərbaycanın Ağdam bölgəsinə səfəri zamanı deiyb.

O qeyd edib ki, ilk dəfə Ağdama 1992-ci ildə, Xocalı qətliamını eşitdikdən dərhal sonra gəlib:

"Ağdam şəhərində Xocalıdan qaçmış insanların ailə üzvlərini tapdım, hamısı buraya qohumlarının cəsədlərini axtarmağa gəlmişdi. Onlar bura Beynəlxalq Qırmızı Xaç tərəfindən gətirilmişdilər. Beləliklə, bu fotoşəkillərin hamısı insanların ailə üzvlərinin cəsədlərini axtardığı vaxtda çəkilib".

Deqati əlavə edib ki, Xocalı qətliamının nəticələrini lentə alandan sonra 30 ilə yaxındır erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Füzuli, Cəbrayıl və Şuşada fotoşəkil çəkməyə davam edib.