Azərbaycan alman ordusunu da məğlub edərdi - Maykl Karl

14 İyun 2021 12:17 (UTC+04:00)

Alman ordusu Azərbaycanla Qarabağda üz-üzə gəlsəydi, qazanmaq üçün çox şansı olmazdı.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun mütəxəssisi, polkovnik-leytenant Maykl Karl türk PUA-ları barədə danışarkən deyib.

Azərbaycanın Ermənistana qarşı istifadə etdiyi PUA və kamikaze dronlarla bağlı danışan M.Karl bildirib ki, alman ordusu bu cür sistemlərlə qarşılaşsaydı, özünü kifayət qədər qoruya bilməzdi:

“Müasir döyüşdə həyatda qalmaq üçün yeni texnologiyalara və ən son döyüş texnikalarına sahib olmalısan. Almaniya bu baxımdan o qədər də pis deyil, ancaq gələcəyin müharibə texnologiyaları sürətli şəkildə inkişaf etməkdə davam edir. Alman ordusu bu sürətə ayaq uydurmalıdır”.