"Neftçi"nin potensial rəqibləri azaldı

15 İyun 2021 01:00 (UTC+04:00)

Azərbaycanı 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi”nin potensial rəqiblərinin sayı 4-ə enib.

Publika.az xəbər verir ki, mübarizəyə I təsnifat mərhələsindən start verəcək flaqman püşkatmada “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat” (Qazaxıstan) klublarından biri ilə düşəcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.