Şuşa Bəyannaməsi yeni bir dirilişin müjdəsidir - Bahar Muradova

15 İyun 2021 21:12 (UTC+04:00)

"Milli Qurtuluş Günü imzalanan Türkiyə ilə Azərbaycan arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi yeni bir dirilişin, yenidən doğuluşun müjdəsidir".

Publika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Şuşa Bəyannaməsindən danışan Dövlət Komitəsinin sədri deyib:

"Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir".

Qeyd edək ki, iyunun 15-də Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezid