Böyük oyun başlayır: Əsas oyunçular Türkiyə və Azərbaycandır

16 İyun 2021 17:31 (UTC+04:00)

Azərbaycan və Türkiyənin uzun və əsaslı yaxınlaşma proqramı sistem sıçrayışına şərait yaratdı.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu öz Feysbuk səhifəsində ukraynalı hərbi ekspert Aleksey Arestoviç paylaşıb.

“İndi Azərbaycan-Türkiyə alyansında siyasi və hərbi imkanlar keyfiyyət olaraq artıb. Qafqazda yeni reallıq yaranıb”, – deyə o bildirib.

Arestoviç Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin Rusiya kontingentinin Qarabağda mövcudluğunun daha beş il uzadılması məsələsininin bununla da təxirə düşdüyünü söyləyib. Hərbi ekspert yaxın gələcəkdə Fransanın Şimali Afrika, Mərkəzi Aralıq dəniz, Yaxın Şərq və Cənubi Qafqazda ənənəvi maraq zonalarının NATO çərçivəsində Türkiyənin himayəsinə keçəcəyini vurğulayıb:

“Üstəlik, Türkiyənin hərbi-siyasi təsiri Əfqanıstan və Qırğızıstana yayılır. Bura Çinin təhlükəsizlik qurşağı sayılır. Türkiyənin NATO-da rolunun artırılmasına Britaniya ciddi lobbiçilik edir. NATO sammiti Breksitdən sonra yaranan yeni geosiyasi konfiqurasiyanı təsdiqlədi. London-Ankara müvəqqəti tandemi Məğrib, Aralıq dənizi, Yaxın Şərq, Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişməyə çalışır. Bu, sərt mövqe və sistemli səy deməkdir. Dünyada yeni böyük oyun başlayıb və əsas oyunçu Türkiyə, eləcə də Azərbaycandır.