Qaret Beyl Bakıda oyunun ən yaxşısı seçildi

16 İyun 2021 23:24 (UTC+04:00)

Bakı Olimpiya Stadionunda keçirimiş Avropa çempionatının A qrupunun Türkiyə - Uels oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Publika.az xəbər verir ki, bu, Britaniya təmsilçisinin oyunçusu Qaret Beyldir.

Qeyd edək ki, qarşılaşma Uelsin 2:0 hesablə qələbəsi ilə yekunlaşıb. Beyl 61-ci dəqiqədə penaltidən yararlana bilməsə də, vurulan hər iki qolda məhsuldar ötürmə ilə yadda qalıb.