Sabah Bakıda marşrutlar işləyəcək? - RƏSMİ

18 İyun 2021 12:24 (UTC+04:00)

Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Əvvəlcədən də məlumat verildiyi kimi, 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə yerinə yetiriləcək.