Fransada Gürcüstan vətəndaşı öldürüldü

19 İyun 2021 17:45 (UTC+04:00)

Fransada 17 yaşlı bir Gürcüstan vətəndaşı ölmüş vəziyyətdə tapılıb.

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.

Məlumata əsasən, Fransanın Rouen şəhəri yaxınlığında 2004-cü il təvəllüdlü gəncin meyiti aşkar edilib.

Polisin məlumatına əsasən, o, Gürcüstan əsilli yeniyetmədir.

Yeniyetmənin ölümündə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Tural Turan