ABŞ zenit-raket komplekslərini Yaxın Şərqdən çıxarır, Rusiya tərəfə göndərir...

19 İyun 2021 16:16 (UTC+04:00)

ABŞ Yaxın Şərq ölkələrindən qoşunların və hərbi texnikanın bir hissəsini çıxarır.

Publika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Amerika Prezidenti Administrasiyasındakı mənbələrə istinadən “Wall Street Journal” nəşri məlumat yayıb.

Qəzetin mənbələri bildirib ki, Birləşmiş Ştatlar İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından 8 “Patriot” zenit-raket batareyasını geri çəkməyə hazırlaşır.

Habelə THAAD raketdən müdafiə sistemləri və Səudiyyə Ərəbistanından döyüş təyyarələrinin bir hissəsi də çıxarılır. Bildirilir ki, Bayden administrasiyası özünün regiondakı hərbi iştirakına yenidən baxır və raket əleyhinə sistemlərin sayını kəskin azaldır, çünki bu sistemlər Çin və Rusiyadan qaynaqlanan təhdidlərə qarşı başqa regionlara yenidən dislokasiya olunacaq.

Başqa məlumatlara görə, qoşunların Yaxın Şərqdən çıxarılması regionun daha çox ənənəvi mühafizə səviyyəsinə qayıdışına şahidlik edir.

Tural Turan