Tərtərdə kafe yandı

19 İyun 2021 21:13 (UTC+04:00)

Tərtər rayonunun İsmayılbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.