Gürcüstanda da zəlzələ oldu

20 İyun 2021 01:21 (UTC+04:00)

Ninotsmindanın 12 km şərqində, Sağamo kəndi yaxınlığında zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələ axşam saat 21:16 radələrində qeydə alınıb.

Yeraltı təkan 3.2 bal gücündə olub.

Xatırladaq ki, artıq son bir həftə ərzində Gürcüstanda bu kimi 6 zəlzələ qeydə alınıb.