Pentaqondan Akara TƏŞƏKKÜR: Ostin bu amili təsdiqlədi

20 İyun 2021 02:42 (UTC+04:00)

Türkiyə Milli müdafiə naziri Hulusi Akarla ABŞ-dan olan həmkarı Lloyd Ostin arasında delefon danışığı baş tutub.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı müsbət və konstruktiv olub.

Qeyd edilib ki, NATO Zirvəsindən sonra regional, ikitərəfli müdafiə və təhlükəsizlik mövzularında fikir mübadiləsi aparılıb.

Pentaqondan açıqlama

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidməti də nazirlərin telefon danışığı ilə bağlı açıqlama yayıb.

"Ostin ilə Akar iki ölkə arasında iş birliyi və Əfqanistandakı diplomatik mövcudluğun davam etdirilməsi haqqında danışdılar. Llyod uzun müddətdir davam edən ABŞ-Türkiyə əlaqələrinin önəmini bir daha təsdiqlədi və iki ölkə arasında sülh və təhlükəsizlik məsələlərində davamlı ünsiyyət və əməkdaşlıq üçün Akara təşəkkür etdi", - Pentaqondandan bildirilib.

Hüseyn