Sabunçuda iki avtomobil toqquşdu - YARALI VAR

20 İyun 2021 05:45 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü, Eyvazov Şahnur Fəxrəddin oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.