İspaniya millisi Polşa səddini keçə bilmədi

20 İyun 2021 06:16 (UTC+04:00)

Futbol üzrə Avropa çempionatında ikinci tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son oyununda İspaniya və Polşa milliləri üz-üzə gəlib.

İspaniya yığması 25-ci dəqiqədə hesabı açıb. Alvaro Morata fərqlənib.

54-cü dəqiqədə Robert Levandovski Polşanın bərabərlik qolunu vurub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.