Rusiyanın bu qərarını alqışlayırıq - Ərdoğan

20 İyun 2021 10:11 (UTC+04:00)

Rusiyanın Türkiyə ilə təyyarə uçuşlarını bərpa etməklə bağlı qərarını alqışlayırıq.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ölkəmiz tədricən digər ölkələrin məhdudlaşdırıcı siyahısını tərk etməyə başladı. Rusiyanın Fransadan sonra verdiyi bu istiqamətdəki qərarını alqışlayırıq", - Ərdoğan söyləyib.

Qeyd edək ki, ötən gün Rusiya hökuməti iyunun 22-dən etibarən Türkiyə ilə aviaəlaqələri bərpa etmək barədə qərar qəbul edib.