Hindistan ştammından qorunmaq üçün... - Sobyanin

20 İyun 2021 17:14 (UTC+04:00)

"Bir insanı koronavirusun hind variantından qorumaq üçün toxunulmazlıq səviyyəsi Uhan versiyasından ikiqat yüksək olmalıdır. Buna görə də təkrar yoluxmaları, eyni zamanda vaksin olunanlar arasında xəstələnənləri görürük".

Publika.az xəbər verir ki, bunu "Rossiya 1" telekanalına danışan Moskva meri Sergey Sobyanin deyib.

Moskvada 1,5 milyon insanın ikinci doza koronavirus peyvəndi vurdurduğunu söyləyən Sobyanin "Hər şeydən əvvəl maksimum sürətdə vaksin olunmalıyıq, hər halda bu, ən etibarlı qorumadır. Peyvənd olunanlar xəstələnsələr belə. Əksəriyyəti yüngül keçirir, bir çoxları isə virusa yoluxmur. Mümkün olduqca, daha çox Moskva sakini peyvənd olunmalıdır. Bundan sonra virusun yayılmasının qarşısını alan bir baryer, qalxan meydana gələr", - deyə qeyd edib.

S.Sobyanin pandemiya səbəbilə şəhərdə tətbiq olunan məhdudiyyətləri 29 iyuna qədər uzadıb və yeni tədbirlər elan edib.